Tovuzda 49 yaşlı kişi intihara cəhd edib

Tovuzda 49 yaşlı kişi intihara cəhd edib Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Sentyabr , 2017 17:18
Tovuzda 49 yaşlı kişi intihara cəhd edib

Tovuz. 14 sentyabr. REPORT.AZ/ Tovuz rayonunda 49 yaşlı kişi intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Ağdam kəndində baş verib. 

Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Taryel Cəlil oğlu Musayev həşəratlar üçün nəzərdə tutulan zəhərli maddə içərək intihara cəhd edib. T.Musayev dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, huşsuz vəziyyətdə xəstəxanaya gətirilən T.Musayevə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi