TƏBİB Tovuzda tüstüdən zəhərlənən məktəblilərin son durumunu açıqlayıb- YENİLƏNİB - 3

TƏBİB Tovuzda tüstüdən zəhərlənən məktəblilərin son durumunu açıqlayıb- YENİLƏNİB - 3 Tovuz rayonunda məktəblilər zəhərlənib
Hadisə
11 aprel 2025 11:53
TƏBİB Tovuzda tüstüdən zəhərlənən məktəblilərin son durumunu açıqlayıb- YENİLƏNİB - 3

TƏBİB Tovuzda tüstüdən zəhərlənən məktəblilərin son durumunu açıqlayıb.

Qurumdan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.04.2025-ci il tarixində saat 09:40 radələrində Tovuz rayonunun Düz Cırdaxan kənd orta məktəbində  tüstüdən zəhərlənmə şübhəsilə çağırış daxil olub. 

"Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. 5 nəfər ( məktəbli) Tovuz Rayonu Mərkəzi Xəstəxanasının Təcili yadım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşməmiş tüstü zəhərlənməsi diaqnozu təyin edilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir"- TƏBİB-dən vurğulanıb.
 

11:11

Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuzda məktəblilərin zəhərlənməsi ilə bağlı məlumat yayıb. 

İdarədən "Report"a bildirilib ki, aprelin 11-də Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı 2-ci dərs başlayan zaman pisləşib.

Məktəbə təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya aparılıb. Onların səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır.  Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

11:01

Tovuzda zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən şagirdlərin adları məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar 2011-ci il təvəllüdlü S.Eyyubova, 2012-ci il təvəllüdlü A.Məmmədəliyeva, 2011-ci il təvəllüdlü M.Həsənova, 2012-ci il təvəllüdlü B.Ələkbərzadə və 2012-ci il təvəllüdlü L.Quliyevadır. 

Onların sobadan çıxan tüstüdən zəhərləndikləri ehtimal edilir.

10:44

Tovuz rayonunda məktəblilər zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Düz Cırdaxan kənd tam orta məktəbində qeydə alınıb.

Belə ki, beş şagird zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi