Tovuzda gənc oğlan kürəyindən bıçaqlandı

Tovuzda gənc oğlan kürəyindən bıçaqlandı Tovuz rayonunun Qovlar şəhərində bıçaqlanma hadisəsi olub.
Hadisə
795
27 Avqust , 2020 09:23
Tovuzda gənc oğlan kürəyindən bıçaqlandı

Tovuz rayonunda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Tovuz rayon Kirən kənd sakini Elnur İsayevin 2002-ci il təvəllüdlü Nurlan İbrahimov tərəfindən bıçaqlandığı müəyyən edilib və saxlanılaraq Tovuz rayon Polis Şöbəsinə aparılıb.

Qeyd edək ki, 2 bıçaq xəsarəti alan E.İsayev xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma davam edir.

26 avqust, saat 23:50

Tovuz rayonunun Qovlar şəhərində bıçaqlanma hadisəsi olub.

Reportun Qərb Mərkəzinin məlumatına görə, Tovuz rayon Kirən kənd sakini, 1994-cü il təvəllüdlü Elnur İsayev hələ ki, məlum olmayan səbəbdən sağ qolundan və kürəyindən bıçaqlanıb.

O, tanışları tərəfindən Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti kafi qiymətləndirilir.

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı araşdırılır.

Son xəbərlər

Orphus sistemi