Yuxarı

Tovuzda su anbarında batan 26 yaşlı gəncin meyiti tapılıb - FOTO - YENİLƏNİB

O, batdığı yerdən 10 m aralıda aşkar edilib

Bakı. 3 iyul. REPORT.AZ/ Tovuz rayonunun Qazıqulu kəndi ərazisində yerləşən Tovuz su anbarında çimərkən batan gəncin meyiti tapılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Hümmətov Yaşar Əziz oğlunun cəsədi batdığı yerdən 10 m aralıda aşkar edilib və sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

*** 2 iyul 18:00  

Tovuz rayonunda 26 yaşlı gənc göldə çimərkən batıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qazıqulu kənd ərazisində yerləşən Tovuzçay su anbarında baş verib. 

Tovuzun Dönük Qırıqlı kənd sakini Yaşar Hümbətov 6 nəfərlə birlikdə su anbarında çimməyə gedib. O, çimərkən suda batıb.

Hazırda gəncin meyitinin axtarışları davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi