Tovuzda 16 yaşlı qız dönərdən zəhərlənib

Tovuzda 16 yaşlı qız dönərdən zəhərlənib Gülər Hüseynova reanimasiya şöbəsinə yerləşdirilib
Hadisə
26 Mart , 2017 23:36
Tovuzda 16 yaşlı qız dönərdən zəhərlənib
Courtesy İmage

Tovuz. 26 mart. REPORT.AZ/ Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayon Qovlar kənd sakini, 2001-ci il təvəllüdlü Hüseynova Gülər Faiq qızı yediyi dönərdən zəhərlənib.

O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və G.Hüseynovaya dərhal tibbi yardım göstərilib. Yeniyetmə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi