Tovuzda 10 yaşlı uşağı avtomobil vurub

Tovuzda 10 yaşlı uşağı avtomobil vurub Tovuzda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
4 Avqust , 2019 23:24
Tovuzda 10 yaşlı uşağı avtomobil vurub

Tovuzda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Tovuz rayon Qovlar şəhər ərazisində qeydə alınıb.

Yolu otardığı heyvanlarla birgə qarşı tərəfə keçmək istəyən 10 yaşlı Aydınov Pərviz Namiq oğlunu avtomobil vurub.

Ağır xəsarət alan piyada öncə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin tibbi yardım göstərildikdən sonra, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi