Tovuza yağan qar qəzaya və tıxaca səbəb olub - FOTO
Hadisə
- 15 dekabr, 2016
- 22:38
Tovuz. 16 dekabr. REPORT.AZ/ Tovuza yağan qar uzun tıxaca və yol qəzasına səbəb olub.
"Report"un Qərb bürosu məlumat verir ki, hadisə Tovuzçay üzərindən keçən körpüdə qeydə alınıb.
İki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alan olmasa da, maşınlar yararsız vəziyyətə düşüb.
Qəza Əyyublu kənd sakini Hafiz Əkbərovun irəlidə gedən yük maşını ilə toqquşmamaq üçün əyləci basması və avtomobilin sürüşərək qarşıdan gələn "Mercedes"ə çırpılması nəticəsində baş verib.
Hadisə Tovuzun girişində, avtomobillərin daha çox hərəkət etdiyi ərazidə qeydə alındığından, yolda bir müddət tıxac yaranıb. Qəzaya düşən maşınlar ərazidən götürüldükdən sonra yolda hərəkət bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
16:46
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlanıb
Hadisə16:45
Azərbaycanın kollektor agentliyinin səhmləri üzrə hərracın tarixi açıqlanıb
Maliyyə16:41
"Milliön" 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
İKT16:39
Muxtar Babayev: 2030-cu ilə qədər elektrik enerjisinə investisiyalar 600 milyard dollara çatmalıdır
Ekologiya16:37
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verilib
İnfrastruktur16:36
"Sabah"ın rəqibinin futbolçusu Konstantinos Karetsas həftəsonu keçiriləcək matçda oynamayacaq
Futbol16:34
Azərbaycanda gömrük ekspertizasının aparılması üçün daha bir dövlət qurumunun rəyi lazım olacaq
Biznes16:24
OPEC: İyulda BTC ilə neft ixracı 8 % azalıb
Energetika16:13