Tovuz sakinini elektrik cərəyanı vuraraq öldürüb

Tovuz sakinini elektrik cərəyanı vuraraq öldürüb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
10 Yanvar , 2017 14:25
Tovuz sakinini elektrik cərəyanı vuraraq öldürüb

Tovuz. 10 yanvar. REPORT.AZ/ Tovuz rayonunda 34 yaşlı sakini elektrik cərəyanı vuraraq öldürüb. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əhmədabad kəndi ərazisində baş verib. 

Belə ki, rayon sakini 1983-cü il təvəllüdlü Ramin Səfərovun meyiti həmin kəndin ərazisində yerləşən transformatorun yanında tapılıb.  

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə aparılıb. R.Səfərovun elektrik cərəyanı vurması nəticəsində ölməsi məlum olub. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi