Tovuz sakini qardaşını bıçaqlayıb

Tovuz sakini qardaşını bıçaqlayıb Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
26 Yanvar , 2020 21:11
Tovuz sakini qardaşını bıçaqlayıb

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Tovuz şəhər ərazisində qeydə alınıb. 

Belə ki, Tovuz rayon sakini, 1962-ci il təvəllüdlü Əbülfət İslam oğlu Salmanov mübahisə zəminində qardaşı, Rövşən Salmanov tərəfindən bıçaqlanıb. 

Əl, baş və sinə nahiyəsindən bıçaq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. 

Hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi