Tovuz sakini evinə girən oğrunun üzünü yandırıb

Tovuz sakini evinə girən oğrunun üzünü yandırıb Yaralının vəziyyəti orta-ağırdır
Hadisə
22 Yanvar , 2018 10:30
Tovuz sakini evinə girən oğrunun üzünü yandırıb

Tovuz. 22 yanvar. REPORT.AZ/ Tovuzda yerli sakin üz nahiyyəsindən yanıq xəsarətləri alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1990-cı il təvəllüdlü Emil Mehralıyev üz nahiyəsindən yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, hadisəyə səbəb E.Mehraliyev oğurluq məqsədi ilə başqasının evinə daxil olan zaman ev sahibinin onun üzünə qaynar su atması olub.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi