Tovuz RİH: İcra başçısının müavini bayrağın cırılmasına görə işdən azad edilib

Tovuz RİH: İcra başçısının müavini bayrağın cırılmasına görə işdən azad edilib “Onun işdən çıxarılma səbəbi bayrağın bir hissəsi cırılmış halda dalğalanmasına məsuliyyətsiz yanaşması olub”
Hadisə
24 Aprel , 2017 18:12
Tovuz RİH: İcra başçısının müavini bayrağın cırılmasına görə işdən azad edilib

Tovuz. 24 aprel. REPORT.AZ / Tovuz Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Mahir İsa oğlu Həsənov vəzifəsindən azad edilib.

Bu barədə "Report"un Qərb bürosuna RİH-dən bildirilib.

Məlumata görə, M.Həsənovun işdən çıxarılma səbəbi rayonun Bayraq meydanında Azərbaycan bayrağının bir hissəsi cırılmış halda dalğalanmasına məsuliyyətsiz yanaşması olub.

Qeyd edək ki, bir neçə gün əvvəl xəbər saytlarında və sosial şəbəkələrdə Tovuzun Bayraq Meydanında dalğalanan Azərbaycan bayrağının bir hissəsi cırılmış halda görüntüləri yayılıb.

Son xəbərlər

Orphus sistemi