Tovuzda yol qəzasında xəsarət alan 4 nəfərin şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB

Tovuzda yol qəzasında xəsarət alan 4 nəfərin şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB Fakt üzrə araşdırma aparılır
Hadisə
26 Yanvar , 2017 16:51
Tovuzda yol qəzasında xəsarət alan 4 nəfərin şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB

Tovuz. 26 yanvar. REPORT.AZ/ Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 4 nəfərin şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 1992-ci il təvəllüdlü Rasim Rüstəmovun idarə etdiyi "VAZ-21099" markalı avtomobil traktorla toqquşub. İdarəetməni itirən sürücü avtomobili yol kənarına aşırıb. Nəticədə rayonun Əsrik Cırdaxan kənd sakinləri - sürücü 25 yaşlı R.Rüstəmov, sərnişinlər -  27 yaşlı Elnur Tağıyev, 49 yaşlı Şəhla Tağıyeva,  22 yaşlı Şamxal Tağızadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasından (RMX) qayıdarkən baş verib. Məlumata görə, bir neçə müddət öncə Ş.Tağızadənin ayağı sınıb. O, bir müddət Tovuz RMX-da müalicə olunub və ayağına gips qoyulub. Bu gün xəstəxanadan evə aparılarkən baş verən qəza nəticəsində Ş.Tağızadənin yenidən ayağı qırılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


*** saat 16:16


Tovuz. 26 yanvar. REPORT.AZ/ Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz - Böyük Qışlaq yolunun Quşcu kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "VAZ-21099" markalı avtomobilin sürücüsü idarəetməni itirib və traktorla toqquşub. Nəticədə "VAZ-21099" yoldan çıxaraq aşıb.

Hadisə zamanı 4 nəfər xəsarət alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi