Tovuzda iki uşaq anası sirkə turşusu içərək intihara cəhd edib

Tovuzda iki uşaq anası sirkə turşusu içərək intihara cəhd edib Şahanə Əhmədovanın qəsdən sirkə turşusu içdiyi bildirilir
Hadisə
9 Avqust , 2017 23:46
Tovuzda iki uşaq anası sirkə turşusu içərək intihara cəhd edib

Tovuz. 9 avqust. REPORT.AZ/ Tovuz rayonunda yerli sakin sirkə turşusu içərək intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində baş verib. 

Kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədova Şəhanə Nəsrəddin qızı yaşadığı evdə sirkə turşusu içib. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. 

Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilən qadının intihara cəhd etdiyi bildirilir. Qeyd edək ki, Ş.Əhmədovanın iki övladı var.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi