Tovuz rayonunda II qrup əlil kimyəvi məhlul içərək zəhərlənib

Tovuz rayonunda II qrup əlil kimyəvi məhlul içərək zəhərlənib Xəstənin vəziyyəti orta-ağırdır
Hadisə
15 Yanvar , 2017 20:14
Tovuz rayonunda II qrup əlil kimyəvi məhlul içərək zəhərlənib

Tovuz. 15 yanvar. REPORT.AZ/ Tovuz rayonunda 2-ci qrup əlil kimyəvi məhlul içərək zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, axşam saatlarında Tovuz rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Məhərrəm Sahib oğlu yaşadığı evdə kimyəvi məhlul içərək zəhərlənib.

Yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Məmmədova dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib, mədəsi yuyulub və o, Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Valideynlərinin dediyinə görə, M.Məmmədov 2-ci qrup əlildi və kimyəvi məhlulu bilmədən içib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi