Torpaq sahəsini özbaşına zəbt edən şəxslə bağlı cinayət işi açılıb

Torpaq sahəsini özbaşına zəbt edən şəxslə bağlı cinayət işi açılıb Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunur.
Hadisə
28 İyul , 2021 11:14
Torpaq sahəsini özbaşına zəbt edən şəxslə bağlı cinayət işi açılıb

Sabirabad rayonu, Qəzli kənd sakini Məmmədov Şaiq Atabala oğlunun həmkəndlisinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsini özbaşına zəbt etməklə ümumi yolu bağlaması barədə rayon Prokurorluğuna müraciəti daxil olub.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Müraciətin rayon Prokurorluğu tərəfindən nəzarətə götürülməklə Sabirabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanması, təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, istintaqın yekunlaşdırılaraq cinayət işinin məhkəməyə göndərilməsi və nəticədə vətəndaşların pozulmuş hüquqlarının bərpası təmin edilib.

Prokurorluğa müraciət edərək məmnun qalan Qəzli kənd sakini Şaiq Məmmədov isə Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunur.

Son xəbərlər

Orphus sistemi