Bakı və Sumqayıtda yüksək səsyayıcı qabiliyyətinə malik partlayıcı oyuncaqlar aşkarlanıb
Hadisə
17 Dekabr , 2014
13:48
https://static.report.az/photo/99f7ef44-9891-4b07-a5cb-b38a9c19a8eb.jpg
Bakı. 17 dekabr. REPORT.AZ/ Bakı və Sumqayıt şəhərlərində ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik partlayıcı oyuncaqlar aşkarlanıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Binəqədi, Qaradağ və Sumqayıt şəhəri ərazisindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 53 300 ədəd partlayıcı oyuncaq götürülüb. Faktla bağlı araşdırmalar aparılır.