Yuxarı
    Bağlamaq

    Ticarət mərkəzindən oğurluq etməkdə təqsirləndirilən şəxs apellyasiya şikayəti verib

    İşə hakim Qail Məmmədovun sədrliyi ilə baxılacaq

    Bakı. 15 oktyabr. REPORT.AZ/ Ticarət mərkəzindən oğurluq etməkdə təqsirləndirilən Viktoriya Kotlyar barəsində olan hökmdən apellyasiya şikayəti verib.

    “Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək məhkəmə prosesi oktyabrın 18-nə təyin edilib.

    İşə hakim Qail Məmmədovun sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il iyunun 4-də Q.Qarayev prospektində yerləşən mağazada Bakı şəhər sakinləri - Səbinə Bəşirovanın, Tükəzban Yusubovanın mobil telefonlarını və Ruqaya Kazımovanın içərisində pul, iki ədəd mobil telefon olan əl çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Viktoriya Kotlyar yaxalanıb.

    Araşdırma zamanı onun törətdiyi digər cinayətlərin də üstü açılıb. Belə ki, Viktoriya Kotlyar aprelin 7-də B.Nuriyev küçəsində yerləşən ticarət mərkəzində Rəfael Babayevin pencəyinin cibindən 1300 manat, sentyabrın 14-də Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində Atifa Finuninin əl çantasından içərisində 480 manat, metro kartı olan pul kisəsini, sentyabrın 14-də Pərvanə Əmirovanın, sentyabrın 22-də Gülşən Həşimovanın əl çantasından pul və sənədləri oğurlayıb.

    O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Kotlyar 9 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi