Bərdə ticarət mərkəzində administratoru bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bərdə ticarət mərkəzində administratoru bıçaqlayan şəxsin məhkəməsi başlayır Bakı. 23 yanvar. REPORT.AZ/ Bərdə rayonunda adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəhim Mamedovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Hadisə
23 Yanvar , 2019 10:09
Bərdə ticarət mərkəzində administratoru bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bakı. 23 yanvar. REPORT.AZ/ Bərdə rayonunda adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəhim Mamedovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yanvarın 28-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 1-də səhər saat 7 radələrində Bərdə rayon ərazisində baş verib. Bərdə rayon Həsənqaya kənd sakini, 1993-cü il təvəllüdlü R.Mamedov 1967-ci il təvəllüdlü Ülfət Həsənov bıçaqlanıb.

Yaralı kəsilmiş-deşilmiş yaralarla rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. R.Mamedov polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, hadisə qisqancliq zəminində baş verib. Belə ki, Ü.Həsənov Bərdə rayonunda Ticarət Mərkəzinin içərisində fəaliyyət göstərən “Bərdə OBA market-7” mağazasında satıcı işləyən A.M-ya (ad, soy ad şərti) qarşı ya əxlaqsız hərəkətlər təklif edib. Bundan qadının qohumu R.Mamedov xəbər tutub və ora gələrək Ü.Həsənova 4 bıçaq zərbəsi vurub.

Ü.Həsənov “Bərdə OBA market-7” mağazasının administratoru işləyib.

Son xəbərlər

Orphus sistemi