Teymur Rəcəbov 3 turdan sonra FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb

Teymur Rəcəbov 3 turdan sonra FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb Qrossmeyster turnirin sonuncu turunda növbəti heç-heçəsini edib
Hadisə
19 Noyabr , 2017 00:58
Teymur Rəcəbov 3 turdan sonra FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan qrossmeysteri Teymur Rəcəbov İspaniyanın Palma-de-Malyorka şəhərində kişilər arasında keçirilən şahmat üzrə FİDE Qran-pri seriyasının sonuncu mərhələsinin 3-cü turundan sonra liderlər qrupunda yer alıb.

“Report” xəbər verir ki, T.Rəcəbov şənbə günü baş tutan növbəti qarşılaşmada Niderlanddan olan rəqibi Aniş Qiri ilə heç-heçə edib - 0,5:0,5.

T.Rəcəbov bundan əvvəlki iki oyununda rusiyalı Aleksandr Ryazantsevlə heç-heçə etdiyi halda, ispan Fransisko Valyexo üzərində qələbə qazana bilib.

Üç turdan sonra Teymur Rəcəbov, Pyotr Svidler (Rusiya), Vaşye-Laqrav (Fransa), Aniş Qiri (Niderland) və Levon Aronyan (Ermənistan) hərəyə 2 xal toplayaraq liderlər qrupunda qərarlaşıblar.

Son xəbərlər

Orphus sistemi