Yuxarı
    Bağlamaq

    ​“Texnikabank”ın apellyasiya şikayətinə baxılıb

    Birinci instansiya məhkəməsinin çıxardığı qərardad dəyişdirilmədən saxlanılıb

    Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin “Azərinşaat TT” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.

    “Report”un məlumatına görə, birinci instansiya məhkəməsinin çıxardığı qərardad dəyişdirilmədən saxlanılıb.

    Qeyd edək ki, bu il “Azərinşaat TT” bankı məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC pul vəsaitlərinin hesaba köçürülməsi barədə tələb irəli sürüb. Məhkəmə aidiyyəti barədə vəsatəti rədd edib. Qərardan narazı qalan “Texnikabank” ASC apellyasiya şikayəti verib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi