Yuxarı

Tərtərin cəbhəboyu kəndlərində dağılmış evlərin təmirinə başlanıb

Erməni təxribatları zamanı bu rayonda 163 fərdi yaşayış evinə ziyan dəyib

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələr nəticəsində Tərtər rayonunun cəbhəboyu kəndlərində dağılmış evlərin bərpasına başlanıb. Bu barədə "Report"a Tərtər Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib. 

İcra hakimiyyətindən verilən məlumata görə, 163 fərdi yaşayış evinə ziyan dəyib: "Erməni hərbi birləşmələrinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində 25 ev tamamilə dağılıb, 34 evin dam örtüyü yararsız hala düşüb. Ümumilikdə ziyan çəkmiş bütün yaşayış evlərində əsaslı təmir və bərpa işləri aparılır. Evləri tamamilə dağılan ailələr müvəqqəti olaraq qohumlarının evlərində yerləşdirilib, bir neçə ailəyə isə çadır verilib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi