Yuxarı

Tərtərdə yerli sakini traktor vurub, vəziyyəti ağırdır

Hadisə rayonun Seyidimli kəndində baş verib

Bakı. 7 noyabr. REPORT.AZ/ Tərtər rayonunda kənd sakinini “Belarus” markalı traktor vurub.

“Report” xəbər verir ki, hadisə rayonun Seyidimli kəndində baş verib.

Yaralı Novruzov Məhərrəm Həsən oğlu ilkin olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, vəziyyəti ağır olduğundan Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Rayon polisində hadisənin təfərrüatları araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi