Bakı. 5 aprel. REPORT.AZ/Tərtər rayonunda yaşayış evinə mərmi düşüb. "Report" xəbər verir ki, ermənilər Tərtər rayonunun cəbhəyanı kəndlərinə atəş açıb. İriçaplı artilleriya silahlarından açılan atəş nəticəsində rayonun Şəhriyar kəndində yaşayış evlərindən birinə mərmi düşüb. Nəticədə həmin kənddə yaşayan məcburi köçkün Kamran Əliyevə məxsus fərdi yaşayış evində partlayış baş verib və yaşayış evi tamamilə yanaraq kül olub.
Tərtərdə yaşayış evinə mərmi düşüb
Hadisə
5 Aprel , 2016
13:21
https://static.report.az/photo/2441bca1-aee9-48d5-9aea-9a8e665939ad.jpg