Tərtərdə uzun illər oğurluqla məşğul olan şəxs saxlanılıb

Tərtərdə uzun illər oğurluqla məşğul olan şəxs saxlanılıb Cinayət işi açılıb
Hadisə
27 İyun , 2018 16:56
Tərtərdə uzun illər oğurluqla məşğul olan şəxs saxlanılıb
Report
0 : 00
0 : 00

Tərtər. 27 iyun. REPORT.AZ/ Tərtər rayonunda uzun illər oğurluqla məşğul olan şəxs saxlanılıb.

Bu barədə "Report"un Qarabağ bürosuna Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq bölməsinin rəisi Elvin Kərimov məlumat verib.

O bildirib ki, RPŞ əməkdaşları tərəfindən peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bağlı qalmış 11 oğurluq hadisəsi açılaraq istintaqa təhvil verilib.

Tərtər rayon sakinlərinin şikayəti əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə rayonun Hacıqərvənd kəndi ərazisində 4, rayon ərazisində isə 7 mənzildən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Ramin Əliyev saxlanılıb. Araşdırmalarla onun 2012-ci ildən 2018-ci ilədək 11 evdən oğurluq edərək vətəndaşlara 35 min manatdan yuxarı ziyan vurduğu məlum olub. R.Əliyev oğurlanan qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə satdığını etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi