Tərtər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndi ərazisində qeydə alınıb.
"Mercedes" markalı yük avtomobili Bərdə rayon sakini, 64 yaşlı Xumar Qurban qızı İsmayılovanı vurub. Yaralı qadın Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra vəziyyəti ağır olduğu üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, xəsarət alan qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyir.