Tərtərdə su kanalından qadın meyiti tapılıb, araşdırma aparılır - YENİLƏNİB

Tərtərdə su kanalından qadın meyiti tapılıb, araşdırma aparılır - YENİLƏNİB "Report"un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, qadının meyidi Tərtər rayonu Səhləbad kəndi ərazisindən keçən beton kanalında aşkar edilib. Tapılan şəxsin 1987 - ci il təvəllüdlü Əliyeva Vəsilə Zahid qızı olduğu məlum olub.
Hadisə
27 İyun , 2024 12:36
Tərtərdə su kanalından qadın meyiti tapılıb, araşdırma aparılır - YENİLƏNİB

Tərtər şəhəri ərazisindən keçən su kanalında iyunun 26-da saat 17 radələrində Ağdərə rayonu, Şıxarx qəsəbə sakini 1987-ci il təvəllüdlü Vəsilə Məmmədovanın meyitinin aşkar olunması faktı ilə bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

"Hadisənin baş vermə səbəbi ətraflı araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq", - məlumatda qeyd olunub.

10:33

Tərtərdə su kanalından qadın meyiti tapılıb.

"Report"un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, qadının meyiti Tərtər rayonu Səhləbad kəndi ərazisindən keçən beton kanalda aşkar edilib.

Onun 1987-ci il təvəllüdlü Məmmədova Vəsilə Zahid qızı olduğu məlum olub.

Qeyd edək ki, həmin şəxs Bərdə rayon sakinidir. O, bir müddət öncə ailə quraraq məcburi köçkünlərin məskunlaşdığı Ağdərə rayonunun Şıxarx qəsəbəsinə köçüb.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

Son xəbərlər

Orphus sistemi