Tərtərdə qanunsuz işləyən kompyuter oyunları zalı aşkar olunub

Tərtərdə qanunsuz işləyən kompyuter oyunları zalı aşkar olunub Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
Hadisə
16 Yanvar , 2021 12:49
Tərtərdə qanunsuz işləyən kompyuter oyunları zalı aşkar olunub

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən kompyuter oyunları zalı aşkar olunub.

DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan "Report"a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən kompyuter oyunları zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi aşkar edilib.

Qayda pozuntusuna yol vermiş, obyektin icarədarı da daxil olmaqla, ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

Son xəbərlər

Orphus sistemi