Tərtərdə qadınları cinsi istismara məruz qoyan şəxslər tutulub

Hadisə
  • 24 oktyabr, 2018
  • 15:05
Tərtərdə qadınları cinsi istismara məruz qoyan şəxslər tutulub

Tərtər. 24 oktyabr. REPORT.AZ/ Tərtər rayonunda qadınları cinsi istismara məruz qoyan şəxslər tutulub.

Bu barədə "Report"un Qarabağ bürosuna Tərtər rayon Polis şöbəsindən məlumat verilib. 

Belə ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları cinsi istismara məruz qoyan Tərtər şəhər sakini Zöhrə Məmmədova və rayonun Seydimli kənd sakini Yazgül Babayeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.