Tərtərdə qadını ilan sancıb

Tərtərdə qadını ilan sancıb Ona tibbi yardım göstərilib
Hadisə
9 Noyabr , 2017 17:30
Tərtərdə qadını ilan sancıb

Tərtər. 9 noyabr. REPORT.AZ/ Tərtər rayonunda ilansancma hadisəsi baş verib. 

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Əskipara kəndində qeydə alınıb.

Belə ki, Lacın rayonundan olan məcburi köckün Hüseynova İradə Adil qızı bağda təmizlik işləri aparan zaman onu ilan sancıb.

İ.Hüseynova Rayon Mərkəzi Xəstəxanasına aparılıb, ona tibbi yardım göstərilib.

Son xəbərlər

Orphus sistemi