​Tərtərdə oğul ata və anasını amansızcasına qətlə yetirib

​Tərtərdə oğul ata və anasını amansızcasına qətlə yetirib Nəsibov Qurban şübhəli şəxs qismində saxlanılıb
Hadisə
4 Oktyabr , 2015 14:49
​Tərtərdə oğul ata və anasını amansızcasına qətlə yetirib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu gün gecə saatlarında Tərtərdə dəhşətli qətl hadisəsi baş verib.

Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, rayonun 26 yaşlı Cəmilli kənd sakini Nəsibov Qurban Xanbaba oğlu yaşadığı evdə yatmış vəziyyətdə olan 1947-cü il təvəllüdlü atası Nəsibov Xanbaba Qurban oğlunu və 1958-ci il təvəllüdlü anası Nəsibova Nazlı İbrahim qızını baş nahiyəsindən küt alətlə vuraraq qətlə yetirib.

Hazırda Nəsibov Qurban şübhəli şəxs qismində saxlanılıb.

Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi