Tərtərdə tapılan naməlum heyvan skeletinə baxış keçirilib - YENİLƏNİB

Tərtərdə tapılan naməlum heyvan skeletinə baxış keçirilib - YENİLƏNİB Tərtər rayonunda naməlum heyvan skeleti aşkarlanıb.
Hadisə
12 Yanvar , 2024 15:10
Tərtərdə tapılan naməlum heyvan skeletinə baxış keçirilib - YENİLƏNİB

Tərtərin Hüsənli kəndində aşkarlanan naməlum heyvan skeletinə baxış keçirilib.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, bu barədə Tərtər Baytarlıq İdarəsinin rəisi Murad Cəfərov bildirib.

Onun sözlərinə görə, aşkar edilən skeletin uzunluğu 70 santimetrdir: "Skeletin iki arxa ayağı, 13 cüt qabırğası, 8 boyun, 12 bel, 14 quyruq fəqərəsi var. Kəllə sümüyündə göz çuxurları çox böyükdür. Üst çənəsində 14, alt çənəsində 12 dişi var. Köpək dişlərinin digər dişlərə nisbətən yaxşı inkişaf etməsi onun yırtıcı olduğunu göstərir. Aşkar edilən skeletin ön ayaqları olmayıb".

Qeyd edək ki, ön ayaqlarının olmaması skeletin hansı heyvana məxsus olmasını müəyyən etməkdə çətinlik yaradır.

11:31

Tərtər rayonunda naməlum heyvan skeleti aşkarlanıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Hüsənli kənd sakini Qasımov Rafiq Əli oğlu evində təmir işləri apararkən köhnəlmiş döşəmənin altından skelet aşkar edib.

Kənd sakini "Report"un yerli bürosuna bildirib ki, skeletdə əsas diqqətçəkən məqam onun ön ayaqlarının olmamasıdır. Bu da tapılan skeletin hansı heyvana məxsus olmasını müəyyən etməkdə çətinlik yaradır.

Skeletdə ön kəsici dişlərin olması heyvanın yırtıcı olduğunu deməyə əsas verir.

Son xəbərlər

Orphus sistemi