Tərtərdə müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb

Tərtərdə müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə
21 Yanvar , 2022 10:55
Tərtərdə müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb

Tərtər rayonunda müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən kafe müəyyən edilib.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb və kafenin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Son xəbərlər

Orphus sistemi