Tərtərdə minik avtomobili traktorla toqquşub, 4 nəfər yaralanıb

Tərtərdə minik avtomobili traktorla toqquşub, 4 nəfər yaralanıb Tərtər. 25 sentyabr. REPORT.AZ/ Tərtər rayonunda yol qəzası baş verib.
Hadisə
25 Sentyabr , 2018 18:20
Tərtərdə minik avtomobili traktorla toqquşub, 4 nəfər yaralanıb

Tərtər. 25 sentyabr. REPORT.AZ/ Tərtər rayonunda yol qəzası baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xoruzdu kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "VAZ-2107" markalı minik avtomobili ilə "Belarus" markalı traktor toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Elçin Mehdiyev və sərnişinləri - Ramal Mehdiyev, Qərənfil Mehdiyeva və İradə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi