Bakı. 18 fevral. REPORT.AZ/ Tərtər rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobili yol kənarından keçən boruya çırpılıb. Nəticədə yanğınla nəticələnən nəqliyyat hadisəsi baş verib.
“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə rayon mərkəzindən 17 km aralı yerləşən Qapanlı kəndində baş verib.
Avtomobilinin mühərrik hissəsi və yaxınlıqda olan çəpər yanıb.