Tərtərdə mağaza, Şabranda quşçuluq sexi yanıb

Tərtərdə mağaza, Şabranda quşçuluq sexi yanıb Tərtərdə mağaza və Şabranda isə quşçuluq sexi yanıb.
Hadisə
17 Yanvar , 2022 17:23
Tərtərdə mağaza, Şabranda quşçuluq sexi yanıb
0 : 00
0 : 00

Tərtərdə mağaza, Şabranda isə quşçuluq sexi yanıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhərdə ümumi sahəsi 100 m² olan birmərtəbəli mağazanın (hazırda fəaliyyət göstərmir) yanar konstruksiyaları 60 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şabran şəhərində isə ümumi sahəsi 1650 m² olan birmərtəbəli quşçuluq sexinin içərisində yerə səpilən taxta yonqarı 450 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi