Tərtərdə iki avtomobil toqquşdu, sürücü öldü

Tərtərdə iki avtomobil toqquşdu, sürücü öldü Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 İyun , 2020 13:31
Tərtərdə iki avtomobil toqquşdu, sürücü öldü

Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə iyunun 21-də saat 20 radələrində Tərtər rayonunun Azadqaraqoyunlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Təhməz Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə Bərdə rayon sakini C.Əlizadənin idarə etdiyi “İsuzu” markalı yük avtomobili toqquşub.

Nəticədə T.Məmmədov hadisə yerində ölüb, C.Əlizadə və bir sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi