Tərtərdə idarə rəisi işdən çıxarılıb

Tərtərdə idarə rəisi işdən çıxarılıb Tərtər Rayon Telekommunikasiya Qovşağının rəisi vəzifəsindən azad edilib
Hadisə
3 Noyabr , 2017 23:43
Tərtərdə idarə rəisi işdən çıxarılıb

Tərtər. 3 noyabr. REPORT.AZ/ Tərtər rayonunda idarə rəisi işdən çıxarılıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Tərtər Rayon Telekommunikasiya Qovşağının rəisi Bəylərov Vidadi Edilxan oğlu tutduğu vəzifədən azad edilib.

Onun yerinə hələ ki, təyinat yoxdur.

V.Bəylərov 3 ildir ki, vəzifəyə təyin edilmişdi. O, bundan əvvəl rayon icra başcısının birinci müavini işləyirdi.

Son xəbərlər

Orphus sistemi