Tərtərdə idarə olunmayan qəlpə təsirli raketin döyüş başlığı aşkar olunub - FOTO

Tərtərdə idarə olunmayan qəlpə təsirli raketin döyüş başlığı aşkar olunub - FOTO Tapıntı partlayış yolu ilə zərərsizləşdirilib və yerli əhalinin təhlükəsizliyi təmin edilib
Hadisə
31 Mart , 2015 16:59
Tərtərdə idarə olunmayan qəlpə təsirli raketin döyüş başlığı aşkar olunub - FOTO

Bakı. 31 mart.REPORT.AZ/ Tərtər rayonunun Şıxarx kəndində, Daşarx adlanan ərazidə Partlamamış Hərbi Sursat (PHS) aşkar olunub. Bu barədə "Report"a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Tərtər Rayon İcra Hakimiyyətinin aidiyyəti üzrə müraciətinə əsasən bu gün ANAMA-nın mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, aşkar olunan 1 ədəd "OQ-9" tipli idarə olunmayan qəlpə təsirli raketin döyüş başlığı götürülərək Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq partlayış yolu ilə zərərsizləşdirilib və yerli əhalinin təhlükəsizliyi təmin edilib.

Son xəbərlər

Orphus sistemi