Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bərdə regional şöbəsinin əməkdaşları Tərtərin Seydimli kəndində olan sahibkarın fərdi təsərrüfatında olub.
“Report”un Qarabağ Mərkəzi xəbər verir ki, tələf olan heyvanlardan nümunələr götürülüb və AQTA-nın laboratoriyasına göndərilib.
Həyətyanı sahə və heyvanların saxlanc yerləri dezinfeksiya edilib.
Tərtər rayonunun Seydimli kəndində fermada xırdabuynuzlu heyvanların kütləvi tələfatı baş verib.
Bu barədə "Report"un Qarabağ Mərkəzinə sahibkar Ramiz Cavanşir oğlu Mədətov məlumat verib.
O bildirib ki, martın 18-dən başlayaraq təsərrüfatında qoyunların kütləvi şəkildə tələf olması qeydə alınıb: “Bununla bağlı dərhal Tərtər rayon Baytarlıq İdarəsinə müraciət etdim. İdarədən qeyri-iş gününün olduğu əsas gətirilərək ölmüş heyvanlardan nümunələrin götürülərək laboratoriyaya göndərilməsi məsləhət bilinmədi”.
Sahibkar deyib ki, yerli baytarlar qoyunlarda ilkin olaraq Bradzot xəstəliyinə qarşı müalicə aparıblar: “Lakin iynələr vurulduğu gecə əlavə 15 heyvan tələf olub. Hazırda təsərrüfatımda 30 baş qoyun tələf olub, 20-yə yaxın isə xəstə qoyun-quzu var”.



