Yuxarı
    Bağlamaq

    Tərtərdə ermənilərin evlərə mərmi atması ilə əlaqədar iki cinayət işi başlanıb

    İstintaq aparılır

    Bakı. 4 aprel. REPORT.AZ/ Aprelin 2-dən başlayaraq Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində təxribat törətməkdə davam edirlər.

    “Report”un xəbərinə görə, Tərtər rayonunun cəbhəyanı zonaya yaxın bir sıra yaşayış məntəqələri, o cümlədən Azadqaraqoyunlu və Düyərli kəndləri növbəti dəfə düşmən atəşinə məruz qalıb.

    Belə ki, aprelin 3-də saat 21:00 radələrində erməni silahlı qüvvələrinin artilleriya silahlarından rayonun Azadqaraqoyunlu kəndinə atılmış mərmilərdən biri 1968-ci təvəllüdlü Rəhimov Mirzə Rəhim oğluna məxsus yaşayış evinə düşüb, aprelin 4-də saat 14 radələrində isə Düyərli kəndinə atılmış mərmilərdən 3-ü Quliyev Etibar Cəlil oğluna məxsus yaşayış evinə düşməsi nəticəsində ev tamamilə dağılıb, qonşuluqda yaşayan 1984-cü il təvəllüdlü Əliyeva Mehparə Nəbi qızı və 1976-cı il təvəllüdlü Ağayeva Kəmalə Əjdər qızı isə qəlpə yarası xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

    Tərtər rayon prokurorluğu və polis şöbəsinin “Report”a daxil olan birgə məlumatında bildirilib ki, hər iki faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi