Tərtərdə əl qumbarası partlayıb, ölən və yaralanan var - FOTO - VİDEO - YENİLƏNİB

Tərtərdə əl qumbarası partlayıb, ölən və yaralanan var - FOTO - VİDEO - YENİLƏNİB Tərtər rayonunda əl qumbarasının partlaması nəticəsində ölən və yaralanan şəxslərin adları məlum olub.
Hadisə
29 Avqust , 2019 19:52
Tərtərdə əl qumbarası partlayıb, ölən və yaralanan var - FOTO - VİDEO - YENİLƏNİB

Tərtər rayonunda əl qumbarasının partlaması nəticəsində ölən və yaralanan şəxslərin adları məlum olub.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisı zamanı 1991-ci il təvəllüdlü Hüseynli Elmir Bəkir oğlu hadisə yerində ölüb, 1967-ci il təvəllüdlü Abbasov Fikrət Musa oğlu isə ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib. 


*** 17:27

Tərtər rayonunda döyüş sursatı partlayıb. 

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, əl qumbarasının partlaması nəticəsində bir nəfər ölüb, biri isə yaralanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.  

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi