Tərtərdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Tərtərdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb Tərtər rayonunda yol-nəqliyyat hadisəsi olub.
Hadisə
20 Oktyabr , 2021 11:59
Tərtərdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb
0 : 00
0 : 00

Tərtər rayonunda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 19-da saat 20 radələrində rayonun Sarıcalı kəndi ərazisində Yenikənd kənd sakini S.Əhmədov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən Qarağacı kənd sakini Faniz Quliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi