​Tərtərdə 4 ədəd partlamamış hərbi sursat aşkar edib

​Tərtərdə 4 ədəd partlamamış hərbi sursat aşkar edib Ümumilikdə ötən gün ərzində 54 440 kv. m ərazi təmizlənib
Hadisə
29 May , 2016 13:21
​Tərtərdə 4 ədəd partlamamış hərbi sursat aşkar edib

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli, Ağcabədi və Tərtər rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, 28 may tarixində 5 ev və həyətyanı sahə, 7 əkin sahəsi, 1 orta məktəb ərazisində, 24 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (3 ədəd qrad raketinin mühərrik hissəsi və 1 ədəd 122 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 54 440 kv. m ərazi təmizlənib.

Tərtər rayonu

Şıxarx kəndi - 3 ev və həyətyanı sahədə 12 partlayış yerinə baxış keçirilib, 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarı ilə 22 000 kv. m ərazi yoxlanılıb.

(DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)

Qarağacı kəndi – 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik mərmi aşkar edilib, nəticə etibarı ilə 200 kv. m ərazi yoxlanılıb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, 2 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarı ilə 4500 kv. m ərazi yoxlanılıb.

Cəmi:5 ev və həyatyanı sahə, 16 partlayış yerinə baxış keçirilib, 3 ədəd qrad raketinin mühərrik hissəsi və 1 ədəd 122 mm-lik mərmi aşkar edilərək götürülüb və nəticə etibarilə 26700 kv. m ərazi təmizlənib.

Ağcabədi rayonu

Hacılar kəndi - 3 əkin sahəsində, 1 orta məktəbin həyətində 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 26 000 kv. m ərazi yoxlanılıb.

(DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)

Cəmi:3 əkin sahəsində, 1 orta məktəbin həyətində 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 26 000 kv. m ərazi yoxlanılıb.

Füzuli rayonu

Şükürbəyli kəndi – 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 1 740 kv. m ərazi yoxlanılıb.

Cəmi:4 əkin sahəsi, 4 partlayış yeri aşkar edilib və nəticə etibarilə 1740 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 28 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 536 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 4 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 468 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi