Tərtərdə 26 yaşlı gənc bıçaqlanıb

Tərtərdə 26 yaşlı gənc bıçaqlanıb 26 yaşlı gəncin vəziyyəti orta ağırdır
Hadisə
1 Noyabr , 2015 00:44
Tərtərdə 26 yaşlı gənc bıçaqlanıb

Bakı. 01 noyabr. REPORT.AZ/ Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report" xəbər verir ki, 1989-cü il təvəllüdlü rayon sakini Vəliyev Əli Allahverdi oğlu bıçaq yarası ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

26 yaşlı gəncin vəziyyəti ağır olduğu üçün o, Bərdə Rayon Xəstəxanasına göndərilib. Həkimlərin sözlərinə görə, Reanimasiya Şöbəsinə yerləşdirilən yaralının vəziyyəti artıq orta ağırdır.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi