​Tərtərdə 13 yaşlı qızı maşın vurub

​Tərtərdə 13 yaşlı qızı maşın vurub Yaralının vəziyyəti orta ağır qiymətləndirilir
Hadisə
14 Oktyabr , 2015 23:10
​Tərtərdə 13 yaşlı qızı maşın vurub

Bakı. 14 oktyabr. REPORT.AZ/ Tərtər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, "VAZ 2107" markalı minik avtomobili hərəkətdə olarkən yolu keçmək istəyən 2002-ci il təvəllüdlü Məmmədova Nərgiz Elşad qızını vurub.

Hadisə qız hazırlıqdan evə qayıdarkən baş verib.

Yaralı dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zərərçəkənin vəziyyəti ağır olduğu üçün o, Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətini orta ağır qiymətləndirirlər.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi