Tərtər rayonu, Həsənqaya kəndi ərazisində mina tapıılb.
ANAMA-dan "Report"un Qarabağ Mərkəzinə verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və
Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd hərbi təyinatı olmayan metal əşya və 1 ədəd 12.7 mm-lik patronun boş qabı aşkar olunmuş, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş tapıntıların ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.