Tərtərçay çayında batdığı ehtimal edilən şəxsin kimliyi məlum olub.
"Report"un Qarabağ bürosu xəbər verir ki, bu, Ağdamın İmamqulubəyli kəndində məskunlaşan məcburi köçkün Qiyas Rasif oğlu Rzayevdir.
Q.Rzayevin yaxınlarının bildirdiyinə görə, onu sonuncu dəfə anası Fizzə kamil qızı Rzayeva ilə birlikdə Tərtərçayın şəhərin mərkəzindən keçən hissəsindəki sahilində görüblər.
Avqustun 26-da isə anası F.Rzayevanın meyiti Tərtərçay çayından tapılıb və aidiyyəti üzrə təhvil verilib. Həmin gündən Qiyası da görən olmayıb. Buna görə də ehtimal olunur ki, Qiyas da anası ilə birlikdə Tərtərçayda batıb.
Qeyd edək ki, hazırda Tərtərçayda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışlar davam edir.
Tərtərçay çayının Tərtər rayonu, Tərtər şəhəri ərazisindən keçən hissəsində 1 nəfər batıb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.