Tərtər və Salyan sakinlərindən silah götürüldü

Tərtər və Salyan sakinlərindən silah götürüldü Tərtər və Salyan rayon sakinlərində silah aşkarlanıb.
Hadisə
12 Yanvar , 2021 11:38
Tərtər və Salyan sakinlərindən silah götürüldü

Tərtər və Salyan rayon sakinlərində silah aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Tərtər Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəyimsarov kəndində yaşayan R.Əlizadənin evidən “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa, Salyan RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şorsulu kənd sakini E.Aslanovdan müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi