Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun İsmayılbəyli kənd sakini Babək Aslanov qanunsuz olaraq ov edərkən saxlanılıb.
Saxlanılan şəxsdən müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.