Bakı. 4 dekabr. REPORT.AZ/ Tərtər sakini qardaşının evini yandırıb. "Report"un məlumatına görə, hadisə rayonun Çaylı kəndində baş verib. Belə ki, həmin kənd sakinləri İsmayıl və Bəxtiyar Mahmudov qardaşları arasında mübahisə sonradan davaya çevrilib.
Nəticədə İ.Mahmudov qardaşı B.Mahmudova məxsus fərdi yaşayış evini yandırıb. Yanğın nəticəsində evin bütün əşyaları tamamilə yanaraq yararsız hala düşüb. Bundan başqa, evin yanında tikilən tövlə ot bağlamaları ilə birlikdə yanaraq kül olub.
Hadisəni törədən İ.Mahmudov saxlanaraq istintaqa cəlb olunub.
Tərtər sakini qardaşının evini yandırıb
Hadisə
4 dekabr 2015
08:18


Son xəbərlər
